​Türkiyə Təbriz-Bazarqan yolunun tikintisində iştirak edəcək

​Türkiyə Təbriz-Bazarqan yolunun tikintisində iştirak edəcək Bu yolun idarə edilməsi hüququ 18 il Türkiyə firmasında olacaq
Region
1 İyul , 2015 11:05
​Türkiyə Təbriz-Bazarqan yolunun tikintisində iştirak edəcək

Bakı. 1 iyul. REPORT.AZ/ İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz, Mərənd şəhərləri və oradan Qərbi Azərbaycan əyalətinin sərhəddə yerləşən Bazarqan şəhərini birləşdirəcək Təbriz-Bazarqan avtomobil yolunun tikintisində Türkiyə də iştirak edəcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Yolun tikintisi 2016-cı ilin yanvarından başlayacaq. Təbriz-Bazarqan yolunun uzunluğu 253 km-dir. Tikintinin 65 %-ni Türkiyə, 35%-ni isə İran maliyyələşdirəcək. Məlumata əsasən, bu yolun idarə edilməsi hüququ 18 il Türkiyə firmasında olacaq. 

Qeyd edək ki, Bazarqan keçid məntəqəsi Türkiyənin Gurbulaq sərhəd-keçid məntəqəsi ilə qonşudur.  

Son xəbərlər

Orphus sistemi