​Türkiyə "Rossiya 1" telekanalının çəkiliş qrupunu deportasiya edib

​Türkiyə "Rossiya 1" telekanalının çəkiliş qrupunu deportasiya edib Ankara hadisə ilə bağlı açıqlama verməkdən imtina edib
Region
8 Dekabr , 2015 21:57
​Türkiyə Rossiya 1 telekanalının çəkiliş qrupunu deportasiya edib

Bakı. 08 dekabr. REPORT.AZ/ Türkiyə "Rossiya 1" telekanalının jurnalisti Aleksandr Buzaladzenin çəkiliş qrupunu ölkədən deportasiya edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin (ÜDTRŞ) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bununla belə Ankara Rusiya səfirliyinin əməkdaşlarına hadisə ilə bağlı izahat verməkdən imtina edib.

"Jurnalistlər Suriya ilə sərhəddə yerləşən Hatay (Türkiyənin cənub-şərqi. - red) əyalətində saxlanılıblar. Bu, onlar qonşu Qaziantep əyalətinə yollanarkən baş verib", - deyə ÜDTRŞ-dan bildirilib.

"Spetsialnı korrespondent" verilişinin jurnalistləri dekabrın 7-də saxlanılıblar. Bundan sonra ruslar yerli polis məntəqəsinə aparılıb, orada onlara "Türkiyə Respublikası ərazisində xarici jurnalistlərin fəaliyyəti qaydalarının pozulması" əsasında ölkədən deportasiya edilmələri haqqında qərar qəbul olunduğu məlumat verilib.

Son xəbərlər

Orphus sistemi