​Türkiyə prezidenti zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

​Türkiyə prezidenti zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb O, antiteror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb
Region
29 Dekabr , 2015 14:06
​Türkiyə prezidenti zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Suriyadakı son hadisələrin inkişafı fonunda terrorçu PKK-nın ölkəmizə qarşı iştahasının artdığını görürük. Təhlükəsizlik qüvvələrimiz son dərəcə uğurlu əməliyyat həyata keçirir. Türkiyə daxilində və xaricində zərərsizləşdirilən terrorçuların sayı 3 mindən çoxdur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər etməmişdən əvvəl Ankarada Atatürk Hava limanında jurnalistlərə açıqlamasınıda deyib. 

O, ölkədə terror tamamilə yox olana, onların fəaliyyət göstərdikləri bölgəyə rifah gələnə qədər antiteror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfərə yollanıb. 

Son xəbərlər

Orphus sistemi