​Türkiyə prezidenti İrana səfərə gedib

​Türkiyə prezidenti İrana səfərə gedib Rəcəb Tayyib Ərdoğanın Seyid Əli Xamneyi ilə də görüşü planlaşdırılıb
Region
7 Aprel , 2015 11:09
​Türkiyə prezidenti İrana səfərə gedib

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Bu səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə gerçəkləşdirilib.

Rəcəb Tayyib Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybək, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik, inkişaf naziri Cövdət Yılmaz müşayiət edirlər.

Türkiyə prezidentinin Türkiyə - İran Ali Əməkdaşlıq Şurasının ikinci toplantısında iştirakı, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşləri planlaşdırılıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan 4 il öncə - baş nazir olarkən İrana səfər etmişdi. 

Son xəbərlər

Orphus sistemi