Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə böyük Millət Məclisi fövqəladə iclas keçirəcək. Bunu TBMM sədri İsmayıl Qəhraman bildirib. Parlamentdən televiziyanın canlı yayımına qatılan İ.Qəhraman deyib ki, bir qrup dövlət çevrilişinə cəhd edib: "Narahatlığa əsas yoxdur. Bunun qarşısını alacağıq. Biz TBMM, parlamentimizə və demokratiyaya sahib çıxırıq. Hazırda Türkiyə parlamentində 100-dən çox deputat var. Onlar arasında müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının, Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputatlar var".
"Sabah TBMM-i təcili toplantıya çağırıram. Belə macərapərəstlərə tolerant ola bilmərik, demokratiyadan imtina edə bilmərik", - İsmayıl Kahraman vurğulayıb.
İsmayıl Kahraman iclas vaxtının sabah saat 12-də baş tutacağını bildirib.