Türkiyə ordusu Suriyanın 34 kəndini İŞİD-dən təmizləyib

Türkiyə ordusu Suriyanın 34 kəndini İŞİD-dən təmizləyib Terrorçuların istifadə etdiyi 3 bina döyüş təyyarləri ilə vurulub
Region
2 Sentyabr , 2016 17:28
Türkiyə ordusu Suriyanın 34 kəndini İŞİD-dən təmizləyib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin keçiridiyi "Fırat kalkanı" aniterror əməliyyatı nəticəsində Suriyanın 34 kəndi terrorçu İŞİD qruplaşmasından təmizlənib.

"Report" Haberturk-ə istinadən xəbər verir ki, sərhədyanı bölgədə yaşayan mülki suriyalılar Türkiyə ilə sərhədə yaxın əraziyə toplaşıblar.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı birldirib ki, Türkiyə - Suriya sərhədindəki Kunduriyah və Arap İzah bölgələrində İŞİD-in istifadə etdiyi 3 bina döyüş təyyarələri ilə vurulub. 

Son xəbərlər

Orphus sistemi