Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək

Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək Səfər oktyabrın 26-27-də baş tutacaq
Region
10 Oktyabr , 2016 12:15
Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək

Bakı. 10 oktybar. REPORT.AZ/ Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, səfər oktyabrın 26-27-də baş tutacaq.

Nazir ABŞ tərəfinə F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədləri təqdim edəcəyini bildirib: "Gülən üçün hazırlanmış dosyedən daha etibarlı birisi yoxdur və ola da bilməz... Dosyedə rəqəmsal daşıyıcı disklərə yazılmış təxminən 500 min sənəd var. Əgər bu cür ətraflı hazırlanmış dosyeyə görə də onlar ekstradisiyanı həyata keçirməsələr, daha hansı məlumatları istədiklərini anlamaq qeyri-mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi