​Türkiyə baş nazirinin müavini: "Ən qısa zamanda terrorçuların kökünü kəsəcəyik"

​Türkiyə baş nazirinin müavini: "Ən qısa zamanda terrorçuların kökünü kəsəcəyik" Numan Kurtulmuş: "Silahlı Qüvvələrimiz, təhlükəsizlik qurumlarımız onların cəzasını verəcək"
Region
9 Sentyabr , 2015 17:17
​Türkiyə baş nazirinin müavini: Ən qısa zamanda terrorçuların kökünü kəsəcəyik

Bakı. 9 sentyabr. REPORT.AZ/ "1990-cı illərə dönmədən, demokratiya və təhlükəsizliyi yüksək səviyyədə təmin etməklə terroru çox qısa zamanda bitirəcəyik".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib.

N.Kurtulmuş "Hüriyyət" qəzetinin redaksiyasının yerləşdiyi binaya basqını qınayıb. O deyib ki, son günlərdə bəzi mətbu orqanların binalarına son dərəcə çirkin hücumlar edilib: "Bu da təəssüf doğurur. Belə hadisələrin baş verməsindən hamımız narahatıq. Baş verənlərin arxasında duran gücləri də qınayırıq. Hamımız ayıq-sayıq olmalıyıq. Nə kürdün türkə, nə də türkün kürdə düşmənçiliyi ilə bu torpaqları özümüzə vətən edə bilərik".

Hökumət sözçüsü bildirib ki, Türkiyədə qanunsuz aksiya keçirənlər, terror törədənlər, terrora dəstək verənlər ölkə əhalisinin mədəni hissəsi deyil: "Silahlı Qüvvələrimiz, təhlükəsizlik qurumlarımız onların cəzasını verəcək, onlar haqqında lazım olan tədbirləri görəcək". 

Son xəbərlər

Orphus sistemi