​Terrorçu PKK-nın başçıları Kandildən Suriyanın şimalına qaçıb

​Terrorçu PKK-nın başçıları Kandildən Suriyanın şimalına qaçıb Türkiyə ordusu 6 min xüsusi təyinatlılardan ibarət 20 tabor ilə ölkənin Hakkari əyalətinin Yüksəkova bölgəsindəki İkiyaka dağında əməliyyat keçirib
Region
28 Oktyabr , 2015 10:48
​Terrorçu PKK-nın başçıları Kandildən Suriyanın şimalına qaçıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının başçılarından biri Murat Karayılan Türkiyənin İraq və İranla sərhədində yerləşən Kandil dağından Suriyanın şimalına qaçıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri 6 min xüsusi təyinatlılardan ibarət 20 tabor ilə ölkənin Hakkari əyalətinin Yüksəkova bölgəsindəki İkiyaka dağında antiterror əməliyyatı keçirib.

Kandil dağının Türkiyə hissəsindəki əməliyyatın başa çatdığı haqda məlumat yayılıb.

Xəbərə görə, terrorçu qruplaşma ağır zərbə aldığından M.Karayılan da daxil olmaqla PKK-nın Kandildəki başçıları Suriyanın şimalına qaçıb.

Məlumata görə, İkiyaka dağları terrorçuların bölgədəki həm sığınma, həm də silah-sursat saxlanılan başlıca yeri olub. Həmin anbarlar və mağaralar məhv edilib. Bu dağların 90 faiznin terrorçulardan təmizləndiyi bildirilib.

Xəbərdə vurğulanıb ki, M.Karayılan bölgəyə yaxın yerə gələrək, terrorçulara təlimat verib: "Uzaqdan atəş açın. İntihar etməkdən çəkinməyin. Əl qumbaraları ilə üzərilərinə gedin, ordu çox qərarlıdır ". 

M.Karayılan bundan sonra  Suriyanın şimalına sığınıb.

Qeyd edək ki, M.Karayılan və başqaları adı çəkilən ölkənin terrorçu PKK-nın Suriyadakı qol sayılan "PYD"-nin nəzarəti altında olan hissəsinə qaçıb. 

Son xəbərlər

Orphus sistemi