Tehran: "Nüvə proqramı üzrə yekun saziş sanksiyaların ləğvindən sonra əldə olunacaq"

Tehran: "Nüvə proqramı üzrə yekun saziş sanksiyaların ləğvindən sonra əldə olunacaq" Bu sözləri İslam Respublikasının xarici işlər naziri Cavad Zərif bildirib
Region
25 Noyabr , 2014 05:32
Tehran: Nüvə proqramı üzrə yekun saziş sanksiyaların ləğvindən sonra əldə olunacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ "İranın nüvə proqramı üzrə yekun saziş bu ölkəyə qarşı tətbiq edilən qadağalar aradan qaldırılacağı zaman əldə olunacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu sözləri İslam Respublikasının xarici işlər naziri Cavad Zərif "altılıq" ölkələri ilə Vyanada keçirilən danışıqların yekununda bildirib.

"Qadağalar problemi həll etmir. Yekun razılaşma sanksiyalar aradan qaldırılacağı zaman əldə olunacaq", - deyə o jurnalistlərə bildirib.

Beynəlxalq "altılıq" (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin) və İran danışıqları zamanı yekun razılaşma əldə etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi