​Təbriz İslam dünyasının turizm şəhəri elan olunub

​Təbriz İslam dünyasının turizm şəhəri elan olunub Bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatının toplantısında qəbul edilib
Region
24 Dekabr , 2015 16:09
​Təbriz İslam dünyasının turizm şəhəri elan olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib.

"Report" xəbər verir ki, bu haqda "azeri.sahar.tv" məlumat yayıb.

Məlumata görə, bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransında, ekspertlərin iclasında qəbul edilib.

2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının nümunəvi turizm şəhəri elan olunub.

Son xəbərlər

Orphus sistemi