Suriyadan qanunsuz yolla Türkiyəyə keçmək istəyən amerikalı jurnalist saxlanılıb

Suriyadan qanunsuz yolla Türkiyəyə keçmək istəyən amerikalı jurnalist saxlanılıb Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib
Region
8 Avqust , 2016 14:43
Suriyadan qanunsuz yolla Türkiyəyə keçmək istəyən amerikalı jurnalist saxlanılıb

Bakı. 8 avqust. REPORT.AZ/ Suriyadan qanunsuz yolla Türkiyəyə keçməyə cəhd göstərən amerikalı jurnalist Snell Lindstayler saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hatay vilayətinin valisi Ercan Topacı bildirib. 

Onun sözlərinə görə, ABŞ vətəndaşı Türkiyənin Hatay vilayətində qanunsuz şəkildə sərhədi keçməyə cəhd göstərən zaman saxlanılıb: "Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda onun casus olub-olmadığını bilmirik". 

E.Topacı deyib ki, Snell Lindstayler saxlanılmamışdan bir müddət əvvəl sərhəddə ABŞ helikopterləri müşahidə edilib: "Çox güman ki, onlar xanım jurnalisti götürməliymişlər". 

Vali amerikalı jurnalistin Türkiyədə yaşamaq izninin olduğunu və Türkiyədən Suriyaya qanunsuz yolla keçdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi