​Suriyadan qaçan daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir

​Suriyadan qaçan daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir Rusiya, İran və "Hizbullah" silahlılarının hücumu nəticəsində Suriyanın Rabia şəhərinin türkmən əhalisi evlərini tərk etməyə məcbur olub
Region
26 Yanvar , 2016 17:10
​Suriyadan qaçan daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyadan didərgin düşən daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın havadan, İran və Livan "Hizbullah"ı silahlılarının qurudan hücumu nəticəsində Suriyanın Rabia şəhərinin türkmən əhalisi evlərini tərk etməyə məcbur olub. Bu səbəbdən də daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir.

Qeyd edək ki, ötən gün bəzi KİV-lər Rabia şəhərinin "terrorçular"dan təmizləndiyi haqda məlumat yaymışdı. 

Son xəbərlər

Orphus sistemi