Bakı. 5 oktyabr. REPORT.AZ/ "Səhər saatlarında Rusiya döyüş təyyarələrinin hava sərhədlərimizi pozandan az sonra Suriya sərhədində yenidən hərəkətli anlar yaşanıb. Naməlum MİQ-29 qırıcıları F-16-larımızla qarşılaşıb".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Məlumata görə, MİQ-29 təyyarələri Türkiyənin F-16-larını Suriya sərhədində təqib edib."İki F-16 təyyarəmiz kimə aid olduğu təsbit edilməyən MİQ-29 qırıcıları tərəfindən 5 dəqiqə 40 saniyə təqib edilib".
Xatırladaq ki, oktyabrın 3-də Rusiyanın döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub. Hadisə ilə bağlı Türkiyə