Türkiyə qırıcılarını ​Suriya ilə sərhəddə naməlum MİQ-29-lar təqib edib

Türkiyə qırıcılarını ​Suriya ilə sərhəddə naməlum MİQ-29-lar təqib edib Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib ki, təqib 5 dəqiqə 40 saniyə sürüb
Region
5 Oktyabr , 2015 15:13
Türkiyə qırıcılarını ​Suriya ilə sərhəddə naməlum MİQ-29-lar təqib edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Səhər saatlarında Rusiya döyüş təyyarələrinin hava sərhədlərimizi pozandan az sonra Suriya sərhədində yenidən hərəkətli anlar yaşanıb. Naməlum MİQ-29 qırıcıları F-16-larımızla qarşılaşıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Məlumata görə, MİQ-29 təyyarələri Türkiyənin F-16-larını Suriya sərhədində təqib edib."İki F-16 təyyarəmiz kimə aid olduğu təsbit edilməyən MİQ-29 qırıcıları tərəfindən 5 dəqiqə 40 saniyə təqib edilib".

Xatırladaq ki, oktyabrın 3-də Rusiyanın döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub. Hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası təqdim edib. 

Son xəbərlər

Orphus sistemi