Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb Buşəhr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi saxlanılanların taleyi barədə məlumatın olmadığını bildirib
Region
13 Avqust , 2016 17:36
Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Bakı. 13 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti sərhəd sularda üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə heç bir məlumat olmadığını bildirib.

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və nəticədə saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi