​Sergey Lavrov: "Suriya üzrə danışıqlar masasında terrorçulara yer yoxdur"

​Sergey Lavrov: "Suriya üzrə danışıqlar masasında terrorçulara yer yoxdur" Rusiyanın XİN rəhbəri Suriya xalqının öz gələcəyini özü müəyyən edəcəyini bildirib
Region
19 Dekabr , 2015 07:10
​Sergey Lavrov: Suriya üzrə danışıqlar masasında terrorçulara yer yoxdur

Bakı. 19 dekabr. REPORT.AZ/ Terrorçulara və Suriyadakı böhranın güc yolu ilə həllinə bağlı olanlara danışıqlar masası arxasında yer yoxdur.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Suriya münaqişəsinin nizamlanmasına dair qəbul olunan qətnaməni şərh edərkən bildirib.

"Biz hamımız bir məsələdə həmrəyik ki, müxtəlif qruplaşmalara aid terrorçulara, eyni zamanda münaqişənin həllini hərbi yolda görənlərə danışıqlar masası arxasında yer yoxdur", - deyə Lavrov bildirib.

Rusiya rəsmisi ümid etdiyini bildirib ki, danışıqlar prosesinin təşkil və müşayiət olunmasında üzərinə aparıcı rol düşən BMT-nin xüsusi elçisi Staffan de Mistura "balanslaşdırılmış xətt" tutacaq.

XİN rəhbəri qeyd edib ki, qəbul olunmuş qətnamədə dəqiq şəkildə qeyd olunub ki, Suriya xalqı öz gələcəyini özü müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi