Sergey Lavrov: "Rusiya Aİ və ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır"

Sergey Lavrov: "Rusiya Aİ və ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır" "Biz heç kimə üz çevirmək fikrində deyilik"
Region
1 Sentyabr , 2016 12:13
Sergey Lavrov: Rusiya Aİ və ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı və ABŞ ilə münasibətləri bərpa etməyə hazır olduqlarını bildirib.

"Report" "Vesti.Ru"ya istinadən xəbər verir ki, XİN başçısı bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbələri qarşısında çıxışı zamanı deyib.

"Biz heç kimə üz çevirmək fikrində deyilik. Aİ və ABŞ ilə normal, hərtərəfli münasibətləri bərpa etməyə hazırıq. Amma yalnız bərabərlik əsasında", - deyə S.Lavrov qeyd edib.

Son xəbərlər

Orphus sistemi