​Sarqsyanın təyyarəsini partlatmaq istəyən şəxs azadlığa buraxılıb

​Sarqsyanın təyyarəsini partlatmaq istəyən şəxs azadlığa buraxılıb Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu
Region
12 Aprel , 2016 01:03
​Sarqsyanın təyyarəsini partlatmaq istəyən şəxs azadlığa buraxılıb

Bakı. 12 aprel. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdıran cinayətkar qrupun üzvlərindən biri olan Aqasi Martirosyan bazar ertəsi azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "news.am" saytına vəkil Liana Balyan məlumat verib.

"MTX-nin istintaq orqanı Martirosyanın həbs müddətinin uzadılmasını məqsədəuyğun hesab etmədi", - deyə o bildirib.

Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu.

MTX 25 noyabr 2015-ci il tarixində İrəvanda 1997-ci ildən İspaniyada yaşayan və 2015-ci ilin aprelindən müvəqqəti olaraq paytaxta yerləşmiş Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanın saxlandığını məlumat verib.

Qurumun məlumatına görə, qrup noyabrın 29-da BMT-nin İqlim sammitində iştirak etmək üçün Fransaya uçmalı olan prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdırıbmış.

İş üzrə 30-dan çox şəxs həbs olunub.

Son xəbərlər

Orphus sistemi