​Ruslar Türkiyəyə xarici pasport olmadan gedə bilərlər

​Ruslar Türkiyəyə xarici pasport olmadan gedə bilərlər Bunu Türkiyənin XİN rəhbəri bildirib
Region
10 Mart , 2015 00:43
​Ruslar Türkiyəyə xarici pasport olmadan gedə bilərlər

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya vətəndaşlarının ölkəyə ümumvətəndaş pasportu ilə gəlişinə icazə verilməsi mümkünlüyünü nəzərdən keçirir.

"Report" "Posta" qəzetinə istinadən xəbər verir ki, bunu Alaniyada turizm sektorunun nümayəndələrilə keçirdiyi müşavirədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

"Rusiyadan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gəlmək məsələsi tədqiq olunur", - deyə o bildirib.

Nazir çıxışı zamanı Rusiyada analoqu ümumvətəndaş pasportu olan "kimlik" (şəxsiyyət vəsiqəsi) sözünü ifadə edib. Lakin XİN rəhbəri belə bir icazənin nə zaman verilə biləcəyini açıqlamayıb.

Bundan əvvəl, Türkiyə hakimiyyətinin Rusiyadan turist axınını stabil saxlamaq üçün tədbirlər görmək niyyətində olduğu bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi