Bakı. 7 noyabr. REPORT.AZ/ Misirə uçuşlar dayandırıldıqdan sonra Rusiyanın bir sıra turizm şirkətləri Misirə təxirə salınmış səfərlərin yerinə müştərilərinə Türkiyəyə getməyi təlikf edilrlər.
"Report" xəbər verir ki, bu haqda Rusiya Turist Operatorlar Aossiasiyasının saytında məlumat yer alıb.
Məlumata görə, şirkətlər müştərilərə turist paketinin pulunu heç bir cərimə ödəmədən geri qaytarmağı və ya Türkiyəyə səfər etməyi təklif edir.
Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı dünyasını dəyişib.