​Rusiyanın Ermənistandakı hərbi pilotlarının təlimi başlayıb

​Rusiyanın Ermənistandakı hərbi pilotlarının təlimi başlayıb Təlim gündüz və gecə saatlarında yüksək dağlıq ərazidə keçiriləcək
Region
11 Mart , 2016 17:25
​Rusiyanın Ermənistandakı hərbi pilotlarının təlimi başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Rusiyanın Ermənistandakı "Erebuni" hərbi-aviasiya bazasında "Mi-8MT" hərbi-nəqliyyat helikopterləri ilə gənc təyyarəçilər və bort texniklərin təlim-uçuşu başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim gündüz və gecə saatlarında yüksək dağlıq ərazidə keçiriləcək. Hazırlıqda Rusiyanın Ermənistandakı uyğun hərbi bazasının təyyarəçiləri və bort texnikləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi