​Rusiyalı senator Ermənistana Avropa İttifaqı ilə bağlı məsləhət verib

​Rusiyalı senator Ermənistana Avropa İttifaqı ilə bağlı məsləhət verib Komitə başçısı Ermənistanın bu sayaq seçim sınağından yayına biləcəyinə ümidvar olduğunu vurğulayıb
Region
15 Aprel , 2015 13:42
​Rusiyalı senator Ermənistana Avropa İttifaqı ilə bağlı məsləhət verib

Bakı. 15 aprel. REPORT.AZ/ "Ermənistanda 350-yə yaxın Qeyri-Hökumət Təşkilatı ölkənin Avrasiya İqtisadi Birliyinə inteqrasiyasının əleyhinə, "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqına yaxınlaşmanın lehinə təbliğat aparır. Biz bu sayaq fəaliyyəti düzgün saymırıq. Çünki "ya bizimləsiz, ya da onlarla" seçimini də doğru hesab etmirik. Bu mövqe Ukraynanı artıq dağıdıb, yaxud demək olar ki parçalayıb. Əgər məsələ birbaşa qoyulsa, o zaman istənilən ölkə dağıla bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurası beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqı, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olması belə layihələrin erməni ictimaiyyəti tərəfindən dəstəklənməsinin göstəricisidir.

Komitə başçısı Ermənistanın bu sayaq seçim sınağından yayına biləcəyinə ümidvar olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi