​Rusiya XİN-in sözçüsü dəyişdirilib

​Rusiya XİN-in sözçüsü dəyişdirilib Bu quruma ilk dəfədir ki, qadın başçılıq edəcək
Region
10 Avqust , 2015 15:23
​Rusiya XİN-in sözçüsü dəyişdirilib

Bakı. 10 avqust . REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Aleksandr Lukaşeviç ölkəsinin ATƏT-dəki səlahiyyətli nümayəndəsi təyin edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşeviçin yerinə Mariya Zaxarova təyin olunub.

"2015-ci il avqustun 10-da Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinə yeni direktor təyin edilib. O, əvvəllər XİN-in mətbuat xidməti başçısının müavini işləyib", - məlumatda bildirilib.

Bu quruma ilk dəfədir ki, qadın başçılıq edəcək. 

Son xəbərlər

Orphus sistemi