​Rusiya Xəzərin şimalında "S-400" zenit-raket sistemini sınaqdan keçirib

​Rusiya Xəzərin şimalında "S-400" zenit-raket sistemini sınaqdan keçirib Rusiyanın Xəzər Donanması terrora qarşı mübarizə təlimi də keçirib
Region
4 Dekabr , 2015 09:32
​Rusiya Xəzərin şimalında S-400 zenit-raket sistemini sınaqdan keçirib

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Xəzər Donanması Həştərxanda "S-400" zenit-raket sistemini sınaqdan keçirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Həştərxandakı Kapustin - Yar poliqonunda keçirilən sınaq zamanı hava hücumundan müdafiə sisteminə daxil olan "S-400"-dən atılan iki raket "Kaban" adlı reaktiv hədəfi uğurla vurub.

Xəbərdə bildirilib ki, Rusiyanın Xəzər Donanması terrora qarşı mübarizə təlimi də keçirib. Rusiya Cənub Hərbi Dairəsinin məlumatına əsasən, təlimdə 200 əsgər və 20 hərbi texnika iştirak edib.

Son xəbərlər

Orphus sistemi