Rusiya Xəzərdə təlimlərə başlayıb

Rusiya Xəzərdə təlimlərə başlayıb Hərbi tədbir 30 gün sürəcək
Region
10 Mart , 2015 10:59
Rusiya Xəzərdə təlimlərə başlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Dağıstanda Rusiya Xəzər Hərbi Dəniz Donanması artilleriyaçı piyadalarının təlimi başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hərbi tədbirdə müdafiə və hücum taktikaları yerinə yetiriləcək.

Təlimlər 30 gün sürəcək. Artilleriyaçılar 50-yə yaxın çeşidli döyüş-təlim tapşırığını özüyeriyən artilleriya qurğusu "Nona", tankəleyhinə "Rapira" silahı, "Metis" və "Faqot" tankəleyhinə idarəetmə kompleksləri ilə icra edəcəklər.

Son xəbərlər

Orphus sistemi