Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyanın Həştərxanda yerləşən Xəzər Donanmasının əlahiddə dəniz piyadaları batalyonu həyəcan siqnalı ilə hərbi döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bu tədbirin keçirilməsində məqsəd dəniz piyadalarının döyüşə hazırlıq vəziyyətini yoxlamaqdır.
Məlumata görə, batalyon Həştərxandakı poliqonda desantlara qarşı müdafiənin bütün növlərinin tapşırıqlarını yerinə yetirəcəklər.
Dəniz piyadalarının təlimi 3 sutka sürəcək.