​Rusiya vətəndaşlarının Türkiyəyə səyahət etməsinə qoyulan məhdudiyyətlər götürülüb

​Rusiya vətəndaşlarının Türkiyəyə səyahət etməsinə qoyulan məhdudiyyətlər götürülüb Türkiyə hökumətinin ölkəyə səfər edən Rusiya vətəndaşlarının təhlükəsizliyinə təminat verməsi arzu olunur
Region
29 İyun , 2016 15:52
​Rusiya vətəndaşlarının Türkiyəyə səyahət etməsinə qoyulan məhdudiyyətlər götürülüb

Bakı. 29 iyun. REPORT.AZ/ Prezidentlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu gün keçirilən telefon danışığı zamanı Rusiyadan olan turistlərin Türkiyəyə getməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında razılıq əldə edilib.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Bu zaman Türkiyə hökumətinin ölkəyə səyahət edən Rusiya vətəndaşlarının təhlükəsizliyinə təminat verməsi arzu olunur", - deyə informasiyada bildirilib. 

Son xəbərlər

Orphus sistemi