Rusiya və Türkiyə prezidentləri sentyabrın 3-də G20 sammiti çərçivəsində görüşəcək

Rusiya və Türkiyə prezidentləri sentyabrın 3-də G20 sammiti çərçivəsində görüşəcək İki ölkə lider beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparacaq
Region
30 Avqust , 2016 18:02
Rusiya və Türkiyə prezidentləri sentyabrın 3-də G20 sammiti çərçivəsində görüşəcək

Bakı. 30 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla sentyabrın 3-də Çinin Xançjou şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Xançjouda keçiriləcək görüş zamanı enerji sahəsində birgə strateji layihələrin - "Akkuyu" AES-in tikintisi və Qara dənizin dibi ilə salınacaq "Türk axını" boru kəmərinin həyata keçirilməsi perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır", - deyə prezidentin köməkçisi bildirib.

Y.Uşakov həmçinin vurğulayıb ki, iki ölkə liderinin söhbəti zamanı əsas beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət, beynəlxalq terror təhdidinə qarşı mübarizə barədə fikir mübadiləsinin aparılacağı planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi