Rusiya prezidentinin mətbuat katibi: "​Putin Türkiyə xalqına başsağlığı verib"

Rusiya prezidentinin mətbuat katibi: "​Putin Türkiyə xalqına başsağlığı verib" "Kreml bunu sülhsevər İstanbula qarşı terror hücumu kimi qiymətləndirir"
Region
29 İyun , 2016 13:42
Rusiya prezidentinin mətbuat katibi: ​Putin Türkiyə xalqına başsağlığı verib

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərə görə Türkiyəyə başsağlığı verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya prezidenti Vladimir Putin artıq bu vəhşi terror hadisəsi ilə bağlı başsağlığı verib. Kreml bunu sülhsevər İstanbula qarşı terror hücumu kimi qiymətləndirir".  

Son xəbərlər

Orphus sistemi