Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib

Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarını icra edib-etməməyə dair hüquq əldə edib
Region
15 Dekabr , 2015 14:08
Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Konstitusiya Məhkəməsi (KM) insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarını icra edib-etməməyə dair hüquq əldə edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Burada söhbət ilk növbədə KM-nin qərarlarının Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarından daha yüksəkdə dayanmasından gedir. Artıq Rusiya KM ölkə daxilində insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarının icrasının mümkünlüyünə özü qərar verəcək.

Fərman dərc edildiyi gündən qüvvəyə minib.

Xatırladaq ki, daha əvvəl bu qərar Dövlət Duması tərəfindən qəbul olunub, sonra isə Federasiya Şurası tərəfindən təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi