Rusiya Federasiya Şurasının sədri Türkiyə prezidentinin məktubunu şərh edib

Rusiya Federasiya Şurasının sədri Türkiyə prezidentinin məktubunu şərh edib Valentina Matvienko: "Bu məktub Rusiya və Türkiyə arasında əlaqələrin düzəlməsi üçün təməl yarada bilər"
Region
28 İyun , 2016 11:25
Rusiya Federasiya Şurasının sədri Türkiyə prezidentinin məktubunu şərh edib

Bakı. 28 iyun. REPORT.AZ/ "Bu məktub Rusiya ilə Türkiyə arasında münasibətlərin düzəlməsi üçün əsas ola bilər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktuba münasibət bildirərkən deyib.

Federasiya Şurasının sədri hesab edir ki, Türkiyə prezidenti məktubu bir qədər gec yazıb: "Gecikmiş olsa da, heç olmamasından daha yaxşıdır. Ötən müddət rəzində münasibətlərimiz bəzi neqativ mərhələlərdən keçməli oldu. İki ölkə arasında keçmiş etibar itdi. Yenə də bu məktub Rusiya və Türkiyə arasında əlaqələrinin düzəlməsi üçün təməl yarada bilər".

V.Matvienko Rusiya prezidenti V.Putinin Türkiyə xalqının dostu olduğunu vurğulayıb: "Baş verən hadisələrin mahiyyəti məlum olduğundan bu məktubu müsbət qarşılaya bilərik. Rəcəb Tayyib Ərdoğan həyatını itirən pilotun ailəsinə başsağlığı verib, vəziyyətin düzəlməsini istədiyini, Rusiya ilə ölkəsi arasında dost münasibətlərin bərpası üçün əlindən gələni etməyə hazır olduğunu bildirib".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubda 2015-ci il noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin pilotonun ölümündən təssüfləndiyini bildirib. R.T.Ərdoğan pilotun ailəsinə başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi