Rusiya Dövlət Dumasına yeni sədr seçilib

Rusiya Dövlət Dumasına yeni sədr seçilib İclasda iştirak edən 449 deputatdan 404-ü onun lehinə səs verib
Region
5 Oktyabr , 2016 16:19
Rusiya Dövlət Dumasına yeni sədr seçilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının yeni sədri seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, iclasda iştirak edən 449 deputatdan 404-ü onun lehinə səs verib.

Yeni sədr Dövlət Dumasında ilk çıxışında prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, Dumada qanunlar hazırlanan zaman sosial-iqtisadi məsələlərə üstünlük veriləcək: "Bizim əsas işimiz vətəndaşlarımıza qayğı göstərməkdir".

İclasda Dövlət Duması sədrinin 6 müavini də təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi