​Rusiyada "MiQ-29" qəzaya uğrayıb

​Rusiyada "MiQ-29" qəzaya uğrayıb Hadisə təlim uçuşu zamanı baş verib
Region
3 İyul , 2015 19:40
​Rusiyada MiQ-29 qəzaya uğrayıb

Bakı. 3 iyul. REPORT.AZ/ Rusiyanın Krasnodar vilayətinin Kuşevsk hərbi hava limanında "MiQ-29" qırıcısı qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 16:47-də baş verib. Qəza təlim uçuşu zamanı baş verib.

Təyyarənin pilotu katapult olunub. Xilasedicilər onu təxliyyə edib və həyatı üçün təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi