​Rəsmi Moskva rusiyalı pilotun taliblərə əsir düşdüyünü təsdiq edib

​Rəsmi Moskva rusiyalı pilotun taliblərə əsir düşdüyünü təsdiq edib XİN: "Hazırda bütün imkanlar işə salınıb və axtarış prosesi gedir"
Region
6 Avqust , 2016 18:46
​Rəsmi Moskva rusiyalı pilotun taliblərə əsir düşdüyünü təsdiq edib

Bakı. 6 avqust. REPORT.AZ/ Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiyanın İkinci Departamentinin direktoru Zamir Kabulov rusiyalı pilotun əfqan taliblərinə əsir düşməsinə dair informasiyanı təsdiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Kabulov bunu "Exo Moskvı" radiostansiyasının efirində deyib.

Avqustun 4-də KİV-də dərc olunan məlumata görə, təmir üçün Rusiya istiqamətində uçan Pakistana məxsus "Mi-17" vertolyotunun Əfqanıstanın Loqar əyalətində qəza enişi edib. Helikopterin göyərtəsində olan 6 nəfər (digər fərziyyəyə görə, rusiyalı da daxil olmaqla 7 nəfər) "Taliban" terror qruplaşmasının üzvləri tərəfindən əsir götürülüb.

"Hazırda bütün imkanlar işə salınıb və axtarış prosesi gedir. Kimin və necə danışıqlar aparacağını, onlarla əlaqəyə girməsini müəyyən etmək uzun proses olacaq", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, rusiyalı şturmanın azad edilməsi uzun proses ola bilər.

"Bununla ilk növbədə Pakistan hökuməti məşğul olmalıdır, çünki orada 6 Pakistan vətəndaşı var, bizim şturman isə sadəcə vertolyotu idarə edib", — deyə o bildirib və xatırladıb ki, bundan əvvəl Rusiya vətəndaşının Əfqanıstanda əsirlikdən azad edilməsi prosesi bir ildən çox çəkib.

Son xəbərlər

Orphus sistemi