Qırğızıstan parlamentinin komitəsi referendum üzrə qanun layihəsini təsdiqləyib

Qırğızıstan parlamentinin komitəsi referendum üzrə qanun layihəsini təsdiqləyib Qanun layihəsində referendumun keçirilməsinə təşəbbüs göstərməyə səlahiyyəti olan şəxslərin siyahısını müəyyənləşdirmək təklif edilir
Region
25 Oktyabr , 2016 12:21
Qırğızıstan parlamentinin komitəsi referendum üzrə qanun layihəsini təsdiqləyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qırğızıstan parlamentinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və parlamentin reqlamenti Komitəsi üçüncü oxunuşda "Referendum haqqında" qanun layihəsini qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qanun layihəsində referendumun keçirilməsi, təşviqat aparılması qaydası, imza toplanması və imzalı vərəqələrinin yoxlanılması, eləcə də səsvermənin yekunlarının hesablanması proseduru üzrə təşəbbüs göstərməyə səlahiyyəti olan şəxslərin siyahısını müəyyənləşdirmək təklif edilir.

Xatırladaq ki, sentyabrın sonlarında parlament elə ilk oxunuşdaca Qırğızıstan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun 4 dekabr tarixinə təyin edilməsi təklifini qəbul edib. Əvvəlcədən referendumun dövlət büdcəsinə təxminən 300 milyon som (təxminən 4 milyon ABŞ dolları) qənaət edilməsi məqsədilə yerli şuralara seçkilərlə eyni vaxtda keçiriləcəyi planlaşdırılırdı. Lakin oktyabrın 10-da Qırğızıstan prezidenti lokal seçkilərin dekabrın 11-nə təyin edilməsi haqqında sərəncam imzalamasıyla referendumun da tarixini dəyişmək zərurəti yarandı.

Son xəbərlər

Orphus sistemi