​Qazaxıstanda yeni əsginas dövriyyəyə buraxılıb

​Qazaxıstanda yeni əsginas dövriyyəyə buraxılıb 2020-ci il oktyabrın 4-dək həmin əsginaslar ölkədəki bütün bankların filialları tərəfindən qəbul ediləcək
Region
1 Dekabr , 2015 11:42
​Qazaxıstanda yeni əsginas dövriyyəyə buraxılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gündən Qazaxıstanda 20 min tenge nominal dəyəri olan əsginaslar dövriyyəyə buraxılıb.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstanın Milli Bankı məlumat yayıb.

Məlumata görə, Milli Bank 2006-cı ildə dövriyyəyə buraxılan 2 min, 5 min və 10 min tengə nominal dəyəri olan əsginasların istifadə müddətini 2016-cı il oktyabrın 3-dək uzadıb. 2020-ci il oktyabrın 4-dək həmin əsginaslar ölkədəki bütün bankların filialları tərəfindən qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi