​Qazaxıstan rəsmisi: "Terrorçular vətəndaşlarımızı kütləvi şəkildə ələ alır"

​Qazaxıstan rəsmisi: "Terrorçular vətəndaşlarımızı kütləvi şəkildə ələ alır" Nurtay Abıkayev: "Hazırda Suriya və İraqdakı silahlı münaqişədə 150-dən çox qazaxıstanlı iştirak edir"
Region
29 İyun , 2015 12:29
​Qazaxıstan rəsmisi: Terrorçular vətəndaşlarımızı kütləvi şəkildə ələ alır

Bakı. 29 iyun. REPORT.AZ/ "Qazaxıstan vətəndaşlarının terrorçular tərəfindən kütləvi şəkildə ələ alınması problemi ilə üzləşib".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Nurtay Abıkayev bildirib.

O, ekstremizmə qarşı mübarizəyə həsr edilən regional konfransda Qazaxıstanda bununla bağlı yaranmış duruma toxunub: "Mən qısaca da olsa dövlətimizin üzləşdiyi və başqa dövlətlərdən az fərqlənməyən bir problemi diqqətinizə çatdırmaq istəyirəm: biz internet vasitəsi ilə ekstremist və terrorçu ideoloji təbliğat əsasında vətəndaşlarımızın terrorçular tərəfindən kütləvi şəkildə ələ alınmaları problemi ilə üz-üzəyik". 

N.Abıkayevin sözlərinə görə, hazırda Suriya və İraqdakı silahlı münaqişədə 150-dən çox qazaxıstanlı iştirak edir: "Onların 200-dən çoxunun həyat yoldaşı, dul qalmış qadını və uşaqları da oradadır. Hərdən jurnalistlər belə bir sual verir ki, bu cür insanlara niyə mane olursuz? Onlar bu yolu özləri seçir. Qoyun, gedib, ölsünlər. Artıq Əfqanıstan, Suriya, İraqda onlarla qazaxıstanlı ölüb. Bu onların haqqıdır. Biz bu yanaşmanı normal saymırıq. Çünki vətəndaşlarımız vətəndən kənarda həlak olur, hərbi cinayətkar və terrorçu olurlar".

Son xəbərlər

Orphus sistemi