​Qazaxıstan paytaxtında Mirzoyan adına küçənin adı dəyişdirilib

​Qazaxıstan paytaxtında Mirzoyan adına küçənin adı dəyişdirilib Dəyişikliklə bağlı qərar martın 31-də Astana şəhəri Ədliyyə Departamentində qeydiyyatdan keçib
Region
2 Aprel , 2015 14:43
​Qazaxıstan paytaxtında Mirzoyan adına küçənin adı dəyişdirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində Levon Mirzoyan adına küçənin adı dəyişdirilib.

"Report" "Newskaz"a istinadən xəbər verir ki, bununla bağlı Astana şəhər hakimiyyəti və məsləhət şurası qərar imzalayıb.

Məlumata görə, həmin küçə Kanış Satpayev adlanacaq.

Dəyişikliklə bağlı qərar 2015-ci il martın 31-də Astana şəhəri Ədliyyə Departamentində qeydiyyatdan keçib. Qərarın icrası 10 təqvim günündə gerçəkləşdirilməlidir.

Son xəbərlər

Orphus sistemi