Qaribaşvili: "Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq"

Qaribaşvili: "Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq" Daxili İşlər Nazirliyi, Prokurorluq və Cəzaların İcrası üzrə Nazirlikdə islahatların aparılması planlaşdırılır
Region
26 Dekabr , 2014 13:30
Qaribaşvili: Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. 

"Bizdə ən mühüm istiqamətlərə əsaslı islahatlar nəzərdə tutulub. Bildirdiyimiz kimi, Daxili İşlər Nazirliyi, Prokurorluq və Cəzaların İcrası üzrə Nazirlikdə islahatların aparılması planlaşdırılır. Bu islahatların keçirilməsi nəticəsində sistem dəyişikliklərinə nail olacağıq, bu da dövlətimizin və ölkəmizin gücləndirilməsi üçün çox vacibdir", - Qaribaşvili bildirib. 

Onun sözlərinə görə, institusional dəyişikliklər nəzərdə tutulub, onların həyata keçirilməsində parlament, hökumət və qeyri-hökumət sektorunun nümayəndələri iştirak edəcək. 

Daxili İşlər Nazirliyinin dövlət təhlükəsizliyi orqanlarından çıxarılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi