Bakı. 9 mart. REPORT.AZ/ Moskvanın Brateyevo rayonunda baş verən kütləvi davada üç nəfər bıçaq yarası alıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Moskvanın hüquq-mühafizə orqanları bildirib.
Məlumata görə, qarşıdurma Rusiya paytaxtının cənub-şərqində "Priçal" kafesində Qafqaz əsilli şəxslər arasında baş verib: "Dava-dalaşda 6 nəfər iştirak eidb. Onlardan ikisi və kafenin gözətçisi bıçaq yarası alıb".
Hadisə yerindən qaçan şəxslər polis tərəfindən axtarılır.