​Putin və Ərdoğan görüşməyəcək

​Putin və Ərdoğan görüşməyəcək Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verib
Region
30 Noyabr , 2015 14:55
​Putin və Ərdoğan görüşməyəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) çərçivəsində görüşməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ərdoğanla Parisdə görüş planlaşdırılmayıb. Belə bir görüşdən söhbət gedə bilməz. Görüş olmayacaq", - mətbuat katibi söyləyib.

O, "Türkiyə sərhədini pozan Rusiya təyyarəsi pilotunun meyitinin ölkəsinə qaytarılmasını Ankaranın Moskva ilə münasibətləri normallaşdırmaq niyyəti kimi qəbul etmək olarmı" sualına cavabında isə bu məsələ ilə bağlı başqa açıqlama vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçısı, o cümlədən Putin və Ərdoğan iştirak edir.

Son xəbərlər

Orphus sistemi