​PKK terrorçuları dindarların evinə silahlı basqın edib

​PKK terrorçuları dindarların evinə silahlı basqın edib 15 gün öncə baş vermiş olayların təkrarlanacağı ehtimal olunur
Region
27 Dekabr , 2014 16:11
​PKK terrorçuları dindarların evinə silahlı basqın edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunun Nur məhəlləsində PKK terrorçuları dindarların evlərinə silahlı basqın edib.

"Report" Türkiyənin "Dogruhaber" saytına istinadən xəbər verir ki, polis basqınların qarşısını ala bilməyib. Polis sadəcə yerli əhaliyə xəbədarlıq edib: "Müdaxilə edə bilmirik, evlərinizdən çıxmayın" .

Məlumatda vurğulanıb ki, PKK terrorçularının qarət etdiyi 2 evdə yanğın baş verib. Evlərdə qadın və uşaqların olmasına baxmayaraq, terrorçular atəş açıb. Hadisəni törədən bir qrup PKK terrorçusunun dağdan endiyi də qeyd edilib.

Xəbərə görə, baş verən basqın nəticəsində 2 ölən və 3 yaralanan var. Ölənlərdən biri 65 yaşlı Abdulla Dəniz adlı sakin olub. 

Məlumatda hadisələrin yenidən təkrarlanacağı barədə xəbərdarlıq da edilib. 

Xəbərdə xatırladılıb ki, 15 gün öncə həmin məhəllədə baş vermiş oxşar hadisə zamanı təhlükəsizlik qüvvələri basqının qarşısını almağa səy göstərməmişdi. Belə ki, hadisə oktyabrın 6-7-də PKK tərəfdarlarının dindarlara qarşı törətdikləri basqınlara oxşayır. Həmin vaxt xeyli sayda dindar xəsarət almışdı. Onda PKK və Hür-Dava Partiyasının (Hüda-Par) tərəfdarları 5 nəfəri öldürmüşdü.

Son xəbərlər

Orphus sistemi