PKK terrorçuları Türkiyədə polis əməkdaşını qətlə yetirib

PKK terrorçuları Türkiyədə polis əməkdaşını qətlə yetirib Hadisə Mardin vilayətinin Mildyat rayonunda qeydə alınıb
Region
9 Avqust , 2015 02:23
PKK terrorçuları Türkiyədə polis əməkdaşını qətlə yetirib

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Mildyat rayonunda PKK terrorçuları polis maşınına atəş açıblar.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, avtomobildə olan polis əməkdaşlarından biri ölüb, digəri isə ağır yaralanıb.

Terrorçuların tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi