PKK terrorçuları Türkiyədə partlayış törədib

PKK terrorçuları Türkiyədə partlayış törədib Biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb
Region
4 İyul , 2016 02:27
PKK terrorçuları Türkiyədə partlayış törədib

Bakı. 4 iyul. REPORT.AZ/ PKK silahlıları Türkiyənin Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarına terror aktı həyata keçirib. "Report" xəbər verir ki, Kızıltəpədə PKK terrorçuları tərəfindən körpüyə qoyulmuş partlayıcı maddənin işə salınması nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb.

Nusaybində isə jandarm binası atəşə tutulub. Türk əsgərlərinin cavab atəşindən sonra atışma başlayıb. Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərilməsindən sonra terrorçular dağlıq əraziyə qaçıblar.

Bölgədə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Son xəbərlər

Orphus sistemi