Bakı. 23 oktyabr. REPORT.AZ/ "Rusiya ilə İran 35-40 milyard dollarlıq orta müddətli birgə layihələrə sərmayə qoymağa hazırdır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bütün müqavilələr və müzakirələr çərçivəsində layihələrin 35-40 milyard dollar dəyəri olduğunu müəyyənləşdiriblər: "İki ölkə arasında bu yaxınlarda imzalanmış müqavilələrin gerçək dəyəri 35-40 milyard dollardı. Bu rəqəm reallığı əks etdirir".