Naxçıvandan Türkiyəyə qaçaq ətin keçirilməsinin qarşısı alınıb
Region
- 16 iyun, 2016
- 15:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 iyun . REPORT.AZ/ Dilucu Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Naxçıvandan Türkiyəyə gömrük qeydiyyatı aparılmayan iki TIR yük maşınında olan ətin keçirilməsinin qarşısını alıb.
"Report" xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.
Bildirilib ki, 71 ton qaçaq ət 2,5 milyon Türk lirəsi (1 milyon 30 min manata yaxın) dəyərindədir. Ümumiyyətlə, bu ilin əvvəlindən iyunun 6-dək Türkiyə Gömrük Mühafizə xidməti əməkdaşlarının keçirdiyi 28 əməliyyat nəticəsində 503 ton qaçaq ət müsadirə edilib.
Məlumata görə, İran və Gürcüstan ərazilərindən Türkiyəyə qaçaq yolla sağlam olmayan ətin keçirilməsinin qarşısı alınıb.
Son xəbərlər
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.11.2026)
Maliyyə
08:55
Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini bildirib
Digər ölkələr
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Region
08:21
Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Digər ölkələr
08:14
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr