NATO-nun baş katibi: "Gürcüstan NATO üzvlüyünə yaxınlaşır"

NATO-nun baş katibi: "Gürcüstan NATO üzvlüyünə yaxınlaşır" "Gürcüstan üzvlüyə hazırlaşmaq üçün bütün praktiki alətlərə malikdir"
Region
9 Fevral , 2016 17:40
NATO-nun baş katibi: Gürcüstan NATO üzvlüyünə yaxınlaşır

Bakı. 9 fevral. REPORT.AZ/ "Gürcüstan NATO üzvlüyünə yaxınlaşır".

"Report" xəbər verir ki, bunu Brüsseldə mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Gürcüstan üzvlüyə hazırlaşmaq üçün bütün praktiki alətlərə malikdir.

"Bu gün biz irəli gedirik və 2014-ci ildə Uels sammitində razılaşdırılmış tədbirlər paketinin müxtəlif komponentlərini həyata keçiririk", - deyə Y.Stoltenberq bildirib.

Son xəbərlər

Orphus sistemi