NATO baş katibi Gürcüstana gəlib

NATO baş katibi Gürcüstana gəlib Stoltenberq Tbilisidə keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının sessiyasında iştirak edəcək
Region
7 Sentyabr , 2016 14:22
NATO baş katibi Gürcüstana gəlib

Bakı. 7 sentyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfərə gəlib. 

"Report" xəbər verir ki, ikigünlük səfər çərçivəsində Y. Stoltenberq Gürcüstan prezidenti Georgi Marqelaşvili, müdafiə naziri Levan İzoriya və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.

Bundan başqa, NATO-nun baş katibi Tbilisidə Gürcüstan parlamentinin binasında tələbələrin qarşısında çıxış edəcək və Gürcüstanda sentyabrın 7-8-də keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının sessiyasında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi