CHP sədri: "Müxalifət ölkədə terrora son qoymaq üçün istənilən yardımı etməyə hazırdır"

CHP sədri: "Müxalifət ölkədə terrora son qoymaq üçün istənilən yardımı etməyə hazırdır" Kamal Kılıcdaroğlu: "Terrora qarşı mübarizədə müxalifətdən nə istənilibsə, onu vermişik"
Region
18 Avqust , 2016 16:01
CHP sədri: Müxalifət ölkədə terrora son qoymaq üçün istənilən yardımı etməyə hazırdır

Bakı. 18 avqust. REPORT.AZ/ "Türkiyədə terrora son qoymaq üçün müxalifətdən nə istənilirsə, onu verməyə hazırıq".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu avqustun 18-də Elazığ əyalətində törədilən terrorla bağlı jurnalistlərə bildirib.

"Terrora qarşı mübarizədə müxalifətdən nə istənilibsə, onu vermişik. Terrora qarşı zəiflik göstərməmək kimi bir problemimiz yoxdur. Bu ölkəni terror bəlasında qurtarın. Bu məsələdə əlimizdən gələn yardımı etməyə hazırıq. Buna uyğun siyasət yürüdülməlidir", - deyə müxalifət lideri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi